Ana Sayfa > Karusel / Hadisə > 25 yaşlı oğlan özünü asdı-Göyçayda

25 yaşlı oğlan özünü asdı-Göyçayda


16-12-2017, 11:33. Yazar: Xeberaz

Göyçayda intihar hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön