Ana Sayfa > Karusel / Hadisə > Milyarder arvadı ilə birgə evində ölü tapıldı

Milyarder arvadı ilə birgə evində ölü tapıldı


16-12-2017, 11:10. Yazar: Xeberaz

Kanadalı milyarder, “Apotex” şirkətinin prezidenti Barri Şerman həyat yoldaşı ilə birgə Torontodakı evində ölü tapılıb.
 
APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.
 
Hadisənin səbəbləri hələ ki, məlum deyil. İlkin təhqiqat zamanı polis bir nəfər şübhəlini saxlayıb.
 
“Apotex” şirkəti 1974-cü ildə B. Şerman tərəfindən təsis edib. Dərman preparatları istehsal edən şirkətin məhsulları 115-dən çox ölkəyə ixrac olunur. Bu ilin noyabrında  “Canadian Business” jurnalı  75 yaşlı Barri Şermanı ölkənin ən varlı insanlarının siyahısına daxil edib. 




Geri dön