Ana Sayfa > Karusel / İdman > Qvardiola yenə ən yaxşıdı

Qvardiola yenə ən yaxşıdı


15-12-2017, 15:49. Yazar: Xeberaz

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib.
O, Şon Dayç ("Bernli"), Antonio Konte ("Çelsi"), Yurgen Klopp ("Liverpul"), Joze Mourinyo ("Mançester Yunayted") və Arsen Vengeri ("Arsenal") qabaqlayıb. Bununla da təcrübəli mütəxəssis dalbadal 3 dəfə bu mükafatı qazanan ilk məşqçi olub.
Qeyd edək ki, P.Qvardiolanın komandası noyabrda keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb.
Geri dön