Ana Sayfa > Karusel / Şou-Biznes > Əkizlərdən tənqidlərə sərt cavab: "Xəzər TV"-yə möhtac qalacaqsınız

Əkizlərdən tənqidlərə sərt cavab: "Xəzər TV"-yə möhtac qalacaqsınız


15-12-2017, 15:32. Yazar: Xeberaz


Əkiz bacılar, Sevil və Sevinc müğənni Elnarə Xəlilovanın "5-də 5" verilişini baykot etmək çağırışına cavab verib.
Sevinc boykota qoşulan müğənnilərin "Xəzər TV"-yə girişi qadağan edildiyindən bu cür addım atdıqlarını bildirib: "Siz elə həmişə "Xəzər"in qapısına möhtac qalacaqsınız. Sizin sənətiniz olsaydı, "5-də 5" verilişinə gələ bilərdiniz. Yuyulmamış çömçə kimi hər qalmaqalda peyda olursunuz. Elə siz "Xəzər TV"-nin qapısına həsrət qalacaqsınız", - deyə Sevinc cavabında bildirib.
Qeyd edək ki, ötən gün müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın "5-də 5” verilişini boykot etməyə çağırıb. Şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib. O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedirtmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb. "Abrınız tökülsün! Bəsdir camaatın əsəbi ilə oynadınız. Bəsdir bu millətin tərbiyəsini pozdunuz”, - deyə mövqe sərgiləyən müğənni bu süjeti əxlaqsızlıq hesab edib: "Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil?”
Daha sonra Elnarə Xəlilova sənətçiləri Zauru boykota dəvət edib: "Bütün sənət adamlarından xahiş edirəm, səsimə səs versinlər. Belə verilişi boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən…”
Geri dön