Ana Sayfa > Karusel / Gündəm > Şəhid qızını vuraraq öldürən sürücü AZADLIQDADIR?

Şəhid qızını vuraraq öldürən sürücü AZADLIQDADIR?


15-12-2017, 11:26. Yazar: Xeberaz

Baş Prokurorluq paytaxtda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılmayıb.
Qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb. Həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar məhkəmə iclası keçirilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Geri dön