Ana Sayfa > Karusel / Hadisə > Ağdaşda tələbə qətlə yetirilib

Ağdaşda tələbə qətlə yetirilib


14-12-2017, 13:52. Yazar: Xeberaz

Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.
 
Bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsidir.  
 
Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.   
 
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
 
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır. 
 
Ağdaş Dövlət Humanitar Kollecindən isə bildirilib ki, kollecin 2-ci kurs tələbəsi Ətraf Nəsibov bu gün saat 10:00 radələrində bıçaqlanıb. Hadisə kollecin ərazisindən kənarda baş verib. Faktla hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.(apa)
Geri dön