Ana Sayfa > Karusel / Gündəm > Baş nazirin köməkçilərinin sayı azaldılıb

Baş nazirin köməkçilərinin sayı azaldılıb


13-12-2017, 17:58. Yazar: Xeberaz

Baş nazir Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.
 
Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib.
 
Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub.
Geri dön