Ana Sayfa > Karusel / Gündəm / M2 > “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” -AQİL ACALOV

“Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” -AQİL ACALOV


12-12-2017, 16:12. Yazar: Xeberaz

"Ulu öndər Heydər Əliyev zamanında Azərbaycana qayıtmasaydı,ölkəmizin bölünməsinin qarşını almaq mümkün olmayacaqdır".Xəbəraz.Az xəbər verir ki,bu sözləri Alpaqut Federasiyasının prezidenti,ölkənin tanınmış ictimai fəallarından Aqil Acalov ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı fikirlərini bölüşərkən bildirib. “Heydər Əliyev ustalıqla ölkədə tuğyan edən separatçılığın qarşısını aldı. Çünki Heydər Əliyev xalqın dəstəyi ilə antimilli və separatçı qüvvələrin üzərinə gedərək onları zərərsizləşdirə bildi. Ölkəmizin bütünlüyünü qorudu. Onun uzaqgörən siyasətçi nəticəsində Azərbaycan regionun güclü və aparıcı dövlətinə çevrildi. Ulu öndərin zamanında regional layihələrin icrası gerçəkləşdirildi. Bu gün onun siyasətini cənab prezident uğurla həyata keçirir. On illərdir ki,bölgədə liderliyimizi qoruyub saxlayırıq. Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam”.
Geri dön