Ana Sayfa > Karusel / Gündəm > Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


11-12-2017, 13:14. Yazar: Xeberaz


Bakı və Abşeron yarımadasında dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  5-8° isti, gündüz  9-13° isti olacağı gözlənilir. Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 768  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.
 
Nisbi  rütubət  gecə  70-80 %, gündüz 60-65 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
 
Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz  5-10° isti olacağı gözlənilir.



Geri dön