Ana Sayfa > Karusel / Gündəm > İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı


11-12-2017, 11:04. Yazar: Xeberaz
 
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov sərbəst buraxılıb. Bu barədə O.Nadirovun özü məlumat verib. O bildirib ki, saxlanılması öz məsuliyyətsizliyinə görə olub: “Bu barədə çox danışmayacağam. Məlumat üçün onu bildirirəm ki, mən azadlıqdayam".
 
Qeyd edək ki, Orxan Nadirov Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olub və polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulmuşdu. O, Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib.
(lent.az)




Geri dön