Ana Sayfa > Karusel / Hadisə > Bakı-Quba yolunda avtobus qəzaya uğradı:7 yaralı

Bakı-Quba yolunda avtobus qəzaya uğradı:7 yaralı


11-12-2017, 10:34. Yazar: Xeberaz

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusun digər avtomobillə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Geri dön