Ana Sayfa > Karusel / Hadisə > "Ad gününə hazırlaşırdı" - Bakıda özünü binadan atan qızla bağlı yeni məlumatlar - FOTO

"Ad gününə hazırlaşırdı" - Bakıda özünü binadan atan qızla bağlı yeni məlumatlar - FOTO


9-12-2017, 12:37. Yazar: Xeberaz

Ötən gün Bakının Yasamal rayonunda özünü yeni tikilinin 10-cu mərtəbəsindən ataraq intihar edən Əda Zeynalova ilə bağlı yeni məlumat əldə olunub.
O, Bakı Dövlət Universitetində təhsil alıb. Mərhum 2 il öncə məzun olub. Onun adı əvvəllər Nərgiz olub, sonradan dəyişərək Əda edib.
"Çox şən və gülərüz biri idi. Özünü öldürdüyünə qətiyyən inana bilmirik. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin məzunu olub. Magistratura təhsili alırdı. Atasını iki il əvvəl itirib. Qətiyyən canına qəsd edəcək birinə bənzəmirdi. Güclü insan idi. Atasını çox istəyirdi. Hətta atası rəhmətə gedəndə belə özünü toparlaya bilmişdi. Hər zaman həyatdan zövq almağa çalışan biri idi. Dekabrın 31-i ad günü olacaqdı". 
Bu barədə onun qrup yoldaşları məlumat verib.


Geri dön