Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Hadisə > İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb
İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb8-12-2017, 13:02. Yazar: Xeberaz |
İordan çayının qərb sahilində və Qəzza zolağında İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşmalara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarı olub. “İordan çayının qərb sahilində xəsarət alanların sayı 104 nəfərə çatıb. Onlardan 4-ü adi güllə, 18 nəfəri isə rezin güllələrdən xəsarət alıb”, - deyə Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi İrab əl Fukah bildirib. Onun sözlərinə görə, daha 75 nəfər gözyaşardıcı qazdan, 7 nəfər isə zərbələrdən və yıxılması səbəbindən xəsarət alıb. Xəsarət alan qadınlardan birinin vəziyyəti kritikdir. Geri dön |