Ana Sayfa > Karusel / Siyasət / Dünya > Suriya İŞİD-dən tam azad olundu

Suriya İŞİD-dən tam azad olundu


6-12-2017, 20:21. Yazar: Xeberaz

Suriya tamamilə İŞİD terrorçularından azad edilib.
Bu barədə RF Baş Qərargahının rəisi  Valeri Gerasimov bəyan edib.
Onun sözlərinə görə, general Həsən Suhelin və 5-ci könüllü hücum korpusunun qoşunları Deyr-əz-Zor vilayətində yaraqlıların son sığınacaqlarını məhv ediblər. Əməliyyat zamanı Salihiya, Əl-Hreyta, Əl-Katya və Musalaha yaşayış məntəqələri azad olunub. 
“Bununla da Suriyada İŞİD tabeçiliyində olan ərazi qalmayıb” , - V. Gerasimov bildirib.
O həmçinin qeyd edib ki, müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putini bu barədə məlumatlandırıb.
Geri dön