Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Xalq artistinin stilist qızının növbəti erməni qalmaqalı

Xalq artistinin stilist qızının növbəti erməni qalmaqalı


6-12-2017, 15:48. Yazar: Xeberaz
Xalq artistinin stilist qızının növbəti erməni qalmaqalı

Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın adı yenidən erməni ilə hallanır.
Məlumata görə Şəfəq sosial şəbəkədə ABŞ-da keçirilən ustad dərslərinə dəvət olunduğunu bildirib. Şəfəqi dəvət edən şəxs isə Alis Ataxanyandır. 

Stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. Onunla bağlı internetdəki məlumatlarda erməni olduğu məlumatları yer alıb.
 
Qeyd edək ki, Şəfəqin adının erməni stilistlə hallanması ilk dəfə deyil. O, bundan əvvəl Georgi Kot adlı erməni əsilli stilistlə dostluğunu nümayiş etdirmişdi. Şəfəq müsahibəsində Kotu təriflədiyi və fotolarını İnstaqramda paylaşdığı üçün kəskin tənqid olunmuşdu. O, tənqidlərdən sonra Georginin sənətini vurğunluğunu növbəti dəfə yazaraq yeni foto paylaşmışdı. Stilist dəfələrlə Georgi ilə dostluğunu bitirməyəcəyini söyləyib.
(axsam.az)







Georgi Kot




Geri dön