Ana Sayfa > Karusel / Şou-Biznes > Rəssam Səadətin yeni layihəsi – "Tapar məni" – FOTOSESSİYA

Rəssam Səadətin yeni layihəsi – "Tapar məni" – FOTOSESSİYA


5-12-2017, 16:57. Yazar: Xeberaz


Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı rəssam və dizayner Səadət "Tapar məni" adlı layihəyə imza atıb.

Rəssam layihə barədə saytımıza belə açıqlama verib:

"Layihənin ideyası fotoqraf Etibar Hüseynlinin fikri idi. O da mənə müraciət etdi. Seçimimdə isə yanılmamışam, çox gözəl fotolar alındı. Buna görə Etibara təşəkkür edirəm".

Daha sonra Səadət qarşıdakı planlarını dilə gətirib: "Yeniliklərim çoxdur, gərək başlasam səhərə kimi danışım. Süprizlər çox olacaq. Tezliklə pərəstişkarlarımı yeni layihələrimlə sevindirəcəm".




Geri dön