Ana Sayfa > Karusel / Araşdırma > Bu il Bakıda 9746 nəfər ölüb

Bu il Bakıda 9746 nəfər ölüb


5-12-2017, 16:53. Yazar: Xeberaz


Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 9746 ölüm halı qeydə alınıb.
 
Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə dəyişməyib, 5,8 olaraq eyni qalıb.
 
Həmçinin, qeyd olunan müddət ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə 13,6 təşkil edib.
 
Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir.
 
Doğulan körpələrin 52,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarından ibarət olub.
Geri dön