Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Bakıda ucuz dövlət maşınları satışa çıxır: "Volkswagen Polo" - 1340, "Nissan Maxima" - 4700 AZN (QİYMƏTLƏR)

Bakıda ucuz dövlət maşınları satışa çıxır: "Volkswagen Polo" - 1340, "Nissan Maxima" - 4700 AZN (QİYMƏTLƏR)


5-12-2017, 13:38. Yazar: Xeberaz

Əmlak Məsələləri Dövlət Komitəsi dekabr ayında avtomobillərin növbəti hərracını keçirəcək.


Dövlət komitəsi tərəfindən dekabrın 19-da baş tutacaq hərraca 11 ədəd nəqliyyat vasitəsi çıxarılacaq.

1-7-ci sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

8-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

9-cu sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfədən çox 50% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(baku.ws)
(Tel:193)
19 dekabr 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N

Balanssaxlayıcı müəssisənin adı
Avtonəqliyyat vasitəsinin markası
 Buraxılış ili
Start qiyməti
(manatla)
 
10% beh
(manatla)
1.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
KAMAZ-53212
1986
3750
375
2.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
KAMAZ-55111
1989
3900
390
3.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
KAMAZ-55111
1989
3900
390
4.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
KAMAZ-55111
1989
3900
390
5.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
MAZ-5549
1987
2475
248
6.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
Moskvich İJ-2715
1987
375
38
7.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
UAZ-3303
1988
450
45
8.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Volkswagen Polo
1995
1334
133
9.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti
QAZ-3307-1012
2007
600
60
10.
Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi
Nissan Maxima
2006
4700
470
11.
Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi
Nissan Maxima
2007
5000

Geri dön