Ana Sayfa > Karusel / Gündəm > Səudiyyə Ərəbistanının vəliəhdi “İlin adamı” seçildi

Səudiyyə Ərəbistanının vəliəhdi “İlin adamı” seçildi


5-12-2017, 11:59. Yazar: Xeberaz

“Time” jurnalı oxucularının online səsverməsi nəticəsində Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əl-Saud “İlin adamı- 2017” seçilib.
Oxucuların  24 faizi ona səs verib.
Səsvermənin nəticələrinə əsasən, ikinci yerdə “MeToo” hərəkatı qərarlaşıb, üçüncü pilləni isə Amerika futbolunun oyunçusu Kolin Kapernik, ABŞ-ın “Rusiya işi üzrə” xüsusi prokuroru Robert Müller və ABŞ-a valideynlərini qanusuz yolla keçirən gənclərdən ibarət “Xəyalpərəstlər” (“Dreamers”) qrupu bölüşdürüb. 
Xatırladaq ki, keçən il oxucu səsverməsinin lideri Hindistanın baş naziri Narendra Modi olmuşdu.
Geri dön