Ana Sayfa > Karusel / Şou-Biznes > "Qadın kişiyə hizmət etmək üçün yaradılıb" - Niyam

"Qadın kişiyə hizmət etmək üçün yaradılıb" - Niyam


2-12-2017, 13:18. Yazar: Xeberaz
"Qadın kişiyə hizmət etmək üçün yaradılıb" -  Niyam

"Romantik adamam, ruh insanıyam. Evim, maşınım, hər şeyim var. Evlənməyə hazıram. Bircə o xanımı tapmalıyam".

Bu sözləri müğənni Niyam Salami "Sənərsevər" verilişində deyib. 

Sənətçi qadınlarla bağlı açıqlama verib. O, ailə qurmaq istədiyi qadından danışıb:

"Heç nəyi bacarmayan xanım mənə lazım deyil. Qadın kişiyə hizmət etmək üçün yaradılıb. Kişinin qabırğasından yaranıb, başından yox ki, başımıza çıxsın. Qadın kişinin yanında olmalı, hizmət etməlidir. Qadın bilməməlidir bazar nədir. Bazara kişi getməlidir. Xanım bişirib, yoldaşına verməlidir. Yanıq da bişirə bilər, amma bacarsın. Üzü gülsün, ailəsini, balalarını sevsin".
Geri dön