Ana Sayfa > Karusel / Hadisə > Röyanın dizayneri 80 min dollarlıq dələduzluqda ittiham olundu

Röyanın dizayneri 80 min dollarlıq dələduzluqda ittiham olundu


29-11-2017, 18:35. Yazar: Xeberaz
İllərdir əməkdar artist Röya Ayxanla işləyən tanınmış dizayner Səbinə Hüseyn dələduzluqda ittiham olunur. 
 
Xəbəraz.Az lent.az-a istinadən xəbər verir ki, dizayner 80 min dollar pulu mənimsəməkdə günahlandırılır.
 
S.Hüseynin günahı təsdiq olunsa, o, 7-12 ilədək azadlıqdan məhrum olunacaq.
 
R.Ayxan isə ötən gün “İnstagram” səhifəsində video-müraciət ünvanlayaraq, S.Hüseynlə əməkdaşlığına son qoyduğunu deyib:
 
“İstedadlı xanımlar, artıq 3 ildir ki, Səbinə xanımla çalışırdıq, yolları ayırdıq. Onu yola salırıq, Yeni gənclərə “xoş gəldin” deyirik”.



Geri dön