Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Böyrək daşlarını əridir, boğaz ağrısını aparır -Min dərdin dərmanı

Böyrək daşlarını əridir, boğaz ağrısını aparır -Min dərdin dərmanı


29-11-2017, 18:34. Yazar: Xeberaz
Böyrək daşlarını əridir, boğaz ağrısını aparır

Orqanizmə faydaları saymaqla bitməyən bitkilərdən biri adaçayıdır.
Adaçayının ən önəmli faydalarından biri tənəffüs yollarında əmələ gələn bəlğəmi, qanda meydana gələn mikrobları təmizləməsidir.
Böyrək və sidik kisəsində əmələ gələn daşların düşməsinə yardımçı olur. Bunun üçün 80 qr adaçayını bir litr suyun içərisində qaynadıb içə bilərsiniz.
Həddindən artıq tərləmə şikayətiniz varsa, gündə bir miqdar adaçayı içərək probleminizi həll edə bilərsiniz.
Havalar soyuduqca boğaz ağrısı şikayətləri də artır. Əgər dərmana qarşı allergiyanız varsa, boğazınızda meydana gələn ağrı və iltihablanmanı adaçayından qarqara edərək müalicə edə bilərsiniz. Bunun üçün yarpaqlarını qaynatdığınız adaçayını ilıq şəkildə ağzınızda qarqara edin.
Diş əti qanaxmaları günümüzdə ən çox rast gəlinən şikayətlərdəndir. Təbii üsullarla müalicə edə bilərsiniz. Bunun üçün dişlərinizi fırçaladıqdan sonra adaçayı ilə qarqara etməyiniz kifayətdir.
(metbuat.az)
Geri dön