Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanla Xorvatiya arasında birbaşa aviareyslər açıla bilər

Azərbaycanla Xorvatiya arasında birbaşa aviareyslər açıla bilər


29-11-2017, 18:12. Yazar: Xeberaz


Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Xorvatiyanın baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Ş.Mustafayev bildirib ki, Azərbaycan və Xorvatiya arasında sənaye, gəmiqayırma, neft-kimya, əczaçılıq, tranzit, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür.
Azərbaycanda sənaye parklarının, o cümlədən gəmiqayırma üzrə ixtisaslaşmış Qaradağ Sənaye Parkının fəaliyyət göstərdiyini qeyd edən iqtisadiyyat naziri iki ölkənin gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalı üzrə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.
Ş.Mustafayev Xorvatiya şirkətləri üçün Azərbaycanın sənaye və neft-kimya potensialına, bu sahədə həyata keçirilən layihələrə dair təqdimat keçirilməsini təklif edib. Azərbaycana Xorvatiyadan dərman idxal olunduğunu, hazırda Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək zavodların tikintisi işlərinin davam etdiyini bildirən nazir bu sahədə əməkdaşlıq imkanlarını vurğulayıb. Bundan başqa, Xorvatiya Azərbaycanın tranzit potensialından istifadə edə, ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafı üçün birbaşa reyslər açıla bilər.
Xorvatiyanın baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri M.Daliç iki ölkə arasında İKT, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları diqqətə çatdırıb. 
Geri dön