Ana Sayfa > Karusel / Gündəm > Bakıda qəza törətmiş məmur oğlu ilə bağlı HÖKM çıxarıldı

Bakıda qəza törətmiş məmur oğlu ilə bağlı HÖKM çıxarıldı


29-11-2017, 12:22. Yazar: Xeberaz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Renc Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.
Geri dön