Ana Sayfa > Karusel / İdman > “Qarabağ”dan asılı transferlər

“Qarabağ”dan asılı transferlər


29-11-2017, 12:10. Yazar: Xeberaz

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibi “Roma” transfer çalışmalarına başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “canavarlar”ın gündəmindəki oyunçulardan ikisi artıq məlumdu.
 
Baş məşqçi Eysebio Di Françesko “Sassuolo”nun hücumçusu Domeniko Berardi və “Fiorentina”nın yarımmüdafiəçisi Milan Badelin alınmasını istəyib. Badel mövsümün sonunda “Roma”ya havayı keçə bilər. Çünki onun klubu ilə müqavilə müddəti gələn yay başa çatır. Berardini isə “Sassuolo” 40 milyon avroya sata biləcəyini bəyan edib.
 
Paytaxt təmsilçisi bu oyunçuları qış fasiləsində də heyətə cəlb edə bilər. Ancaq bu, Çempionlar Liqasında “Qarabağ”la keçiriləcək matçdan asılı olacaq. Belə ki, “Roma” növbəti mərhələyə vəsiqə qazansa, rəhbərlik heyəti zənginləşdirmək üçün Berardi və Badeli yanvarda transfer etməyə çalışacaq.
 
Qeyd edək ki, “Roma” dekabrın 5-də qrup mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq.


Geri dön