Ana Sayfa > Karusel / İdman / Foto-fakt > La Ligada hakim səhvi-Barcelonanın qolu sayılmadı+FOTO

La Ligada hakim səhvi-Barcelonanın qolu sayılmadı+FOTO


27-11-2017, 10:03. Yazar: Xeberaz

"Barselona" və "Valensiya" arasında baş tutan matçda skandal yaşanıb.
Oyunun 30-cu dəqiqəsində Messinin cərimə meydançasından vurduğu zərbə qapıdan keçsə də, qol qeydə alınmayıb.
Ev sahibi komandanın qapıçısı Netonun topu qapının içərisindən çıxartmasını baş hakim İqlesias Vilyanuev və yan xətt hakimi Enrike Ramos Ferreyrosdan başqa hər kəs görmüşdü. Hakimlər qolkiperin topu qapı xəttinin üzərindən çıxardığına qərar verdilər və qol sayılmadı.


Zərbədən sonra artıq sevinməyə başlayan "Barselona" oyunçuları qolun sayılmadğını görən kimi yan hakimə topun qapıya daxil olduğunu sübut etməyə çalışdılar.
Qeyd edək ki, "Valeynsiya" və "Barselona" bu matçdan 1:1 bərabərliklə ayrılıb.
Geri dön