Ana Sayfa > Karusel / Gündəm > "Azərpoçt"un rəhbəri işdən çıxdı

"Azərpoçt"un rəhbəri işdən çıxdı


27-11-2017, 09:50. Yazar: Xeberaz

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.
Ülvi Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
 
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.
 
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
 
"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə "APA-Economics"ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.
Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
 
Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
 
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.
Geri dön