Ana Sayfa > Karusel / Hadisə > Piyadanı vuraraq öldürən sürücü saxlanıldı

Piyadanı vuraraq öldürən sürücü saxlanıldı


26-11-2017, 09:14. Yazar: Xeberaz
Piyadanı vuraraq öldürən sürücü saxlanıldı
Bakı-Qazax avtomobil yolunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
Xəbəraz.Az report.az-a istinadən bildirir ki, Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon Ləki kənd ərazisindən keçən hissəsində 50-55 yaşlı kişi piyada, Gürcüstan respublikası Marneuli şəhər Aşağı Karal kənd sakini, 1982-ci il təvəllüdlü Samir Xudayar oğlu Rəhimovun idarə etdiyi "Mercedes-Benz Vito" markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə polis tərəfindən saxlanılıb. Hazırda ölən piyadanın kimliyi araşdırılır.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.


Geri dön