Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya > Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatıb

Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatıb


25-11-2017, 16:44. Yazar: Xeberaz

Noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.
 
Bu rəqəmi prokurorluq açıqlayıb.
 
Xatırladaq ki, hadisə Sinay yarımadasının şimalındakı Ariş şəhərinin Abed qəsəbəsində baş verib. Cümə namazı zamanı 25-30 terrorçu məscidə gəlib. Onlar əvvəlcə partlayış törədərək daha sonra insanları atəşə tutublar. Ölənlərdən 27-si uşaqdır. 
 
Terroru Sinay yarımadasında fəaliyyət göstərən İŞİD-ə bağlı qrupların törətdiyi güman olunur. Onların dəfələrlə yerli sufi icmasını hədələdikləri bildirilir.
 
Misirdə 3 günlük matəm elan olunub.




Geri dön