Ana Sayfa > Karusel / İdman > UEFA-nın yeni reytinqi - Azərbaycan gerilədi

UEFA-nın yeni reytinqi - Azərbaycan gerilədi


24-11-2017, 13:47. Yazar: Xeberaz


Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olub. Ölkəmiz bir pillə geriləyib.

Buna “Ostersun”un qələbəsi səbəb olub. “Zarya”nı 2:0 hesabı ilə məğlub edən komandanın sayəsində İsveç 2 pillə irəliləyib. Bu səbəbdən Azərbaycan 23-cü yerə  enib.

Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 19,125-dir. 
 
Qeyd edək ki, siyahıya 98,569 xalla İspaniya başçılıq edir.
Geri dön