Ana Sayfa > Karusel / Gündəm > ANS-in aparıcısı Almaniyaya mühacirətə getdi - “Mənən intihar etdim”

ANS-in aparıcısı Almaniyaya mühacirətə getdi - “Mənən intihar etdim”


24-11-2017, 09:29. Yazar: Xeberaz
ANS-in aparıcısı Almaniyaya mühacirətə getdi
Bir müddət əvvəl bağlanan ANS TV-nin aparıcısı Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib.Jurnalist Almaniyadan siyasi sığınacaq istəyib. 
Bu barədə T. Rafiqqızının özü sosial şəbəkədə məlumat yayıb. O, qızının səhhətində yaranan problemə görə ölkədən getdiyini bildirib:
“Son dövrdə baş verən proseslər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib bu hökumətdən sığınacaq istəməyə vadar etdi.
Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Men 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”.
Geri dön