Ana Sayfa > Karusel / M2 / İbadət > İlahi rəhməti cəlb edən 2 şey

İlahi rəhməti cəlb edən 2 şey


23-11-2017, 15:54. Yazar: Xeberaz


Dini göstərişlərə görə iki şey İlahi rəhməti cəlb edər: biri həmddir və biri də sitayişdir.
Din alimlərindən belə buyurulur: “Əhli-Beytin (ə) bizə verdiyi dualar, Quran kimi bizim üçün yol açar. Hamısı yol və nişanədir, hamısı əlamətdir”.
 
“Şəbaniyyə” münacatında oxuyuruq: “Allahım! Qəlbimizi Sənə bəndəlik və Sənə itaətlə abad et”. Bu, o deməkdir ki, əgər Allahın buyurduqlarına diqqət etsək qəlbimiz abad olar, dirilər, təravət əldə edər.
 
Dualarda oxuyuruq: “Allahım, məni günahla alçaltma, xar və zəlil etmə”. Yəni, əgər Allaha itaət etsək – abad olarıq, əgər günah etsək – zəlil və xar olarıq.
Allaha həmd və siyatişi göstərməyin ən yaxşı yolu – şükür etməkdir.
 
Şükrün isə ən ali forması – səcdədir. Hədislərimiz bizə şükür səcdəsi etməyi çox tövsiyə etmişdilər. İmam Sadiq (ə) buyurur: “O zaman ki, bəndə səcdədə qərar tutar, o, Allah Təalaya qürbün ən uca halıdır”. (Tebyan)
 
Yəni, o zaman ki, bəndə səcdəyə gedər və Allah qarşısında başını əyib torpağa qoyar, Allah Təalanın qürbünə yaxınlaşar. Çünki insan bu əməli ancaq Allah üçün edər, ancaq Allah üçün səcdəyə gedər, başqa heç bir kəs üçün deyil.
 
Ona görə də Məsumlarımız (ə) buyurur ki, bəndənin Allaha ən yaxın halı o vaxtdır ki, üzü üstə torpağa düşər və səcdə yerinə yetirər.
Əgər bu halda göz yaşı tökərsə, belə halda edilən hər bir dua qəbul olar.
 
Şükür səcdəsi elə bir əməldir ki, Allahı razı salar və şeytanı (lən) qəzəbləndirər. Şeytan fəryad çəkib deyər: “Vay olsun mənə! Mən səcdə etmədim və uzaqlaşdım. O isə səcdə edir və Allaha yaxınlaşır”. Ona görə də şeytan insanın səcdə etməsindən çox narahat və qəmgin olar.
 
Rəbiyə ibni Kəəb Həzrət Peyğəmbərin (s) xidmətçisi olmuşdur və 7 il Həzrətə (s) xidmət etmişdir. Bir gün Peyğəmbər (s) ona buyurur: “Məndən bir şey istə və hər nə istəsən, sənə verəcəyəm”.
 
Rəbiyə çox zirək bir adam idi, ona görə deyir ki, düşünüm sonra deyərəm. Gecəni düşünür və səhər Həzrətin (s) xidmətinə gəlib deyir: “Mənim ancaq bir arzum vardır. Arzum budur ki, behiştin ali dərəcəsində sizin xidmətinizdə olum. Mən düşünmürəm ki, bundan da ali bir şey olsun. Allahın ən üstün bəndəsi – Peyğəmbərdir (s). Onunla məhşur olmaq da ən böyük üstünlükdür”.
 
Həzrət (s) buyurur: “Sənə söz verirəm və əməl edəcəyəm. Ancaq bir şərtim vardır. Mənə çoxlu səcdələrlə yardım et”.
 
Hədislərdə oxuyuruq ki, hər kim Peyğəmbərlə (s) məhşur olmaq istəyir, gərək çoxlu səcdə etsin.
Beləliklə deyə bilərik ki, İlahi rəhməti cəlb edən həmd və sitayişin ən yaxşı nümunəsi şükürdür və şükrün ən ali forması isə səcdə şükrüdür.
Əgər İlahi rəhməti cəlb etmək istəyirsinizsə, ixlasla çoxlu səcdə edin.
(deyerler.org)


Geri dön