Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Elman Rüstəmov manatın məzənnəsi HAQDA: “...Təzyiq azalıb”
Elman Rüstəmov manatın məzənnəsi HAQDA: “...Təzyiq azalıb”21-11-2017, 14:49. Yazar: Xeberaz |
“Azərbaycan Mərkəzi Bankı gələn ildə konservativ monetar siyasət yürüdəcək. Manatın məzənnəsinin sabitliyi 2018-də diqqət mərkəzində olacaq. Valyuta bazarında sabitlik qorunacaq”. Bunu Milli Məclisdə 2018-ci il dövlət büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub və 1,1 mlrd. dollarlıq profisit əldə olunub. "Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35%-lik artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyllər var. Cari ildə stareteji ehtiyatlar 12%, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib.Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Makroiqtisadi sabitliyin ilkin əsasları yaranıb." E.Rüstəmov qeyd edib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir. “Kredit portfelində aktivlik müşahidə olunmur. Azərbaycan Mərkəzi Bankının strelizasiya alətlərinə ehtiyacı çoxdur. İnflaysiyanı əsasən qeyri-monetar amillər şərtləndirir. Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymətinin artması, ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub”. Geri dön |