Ana Sayfa > Karusel / Hadisə > Gənc oğlan öldü-Bulvarda

Gənc oğlan öldü-Bulvarda


20-11-2017, 10:13. Yazar: Xeberaz

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Noyabrın 20-nə keçən gecə saat 03:45 radələrində Dənizkənarı Milli Parkın kənarında (Bakı İdman sarayının) qarşısında 22-25 yaşlı oğlan huşsuz vəziyyətdə aşkarlanıb. Yaxınlıqdan keçən şəxslər təcili tibbi yardım çağırıblar və ilkin müayinə zamanı həmin şəxsin həddindən artıq spirtli içki qəbul etdiyi və zəhərləndiyi məlum olub. Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə aparılan gənc orada ölüb.
 
Hazırda ölən şəxsin kimliyi araşdırılır.
Geri dön