Ana Sayfa > Karusel / Hadisə > Sabirabaddakı qəzada ailənin bir üzvü öldü - Üçü isə...

Sabirabaddakı qəzada ailənin bir üzvü öldü - Üçü isə...


20-11-2017, 10:02. Yazar: Xeberaz
Sabirabaddakı qəzada ailənin bir üzvü öldü
Sabirabad rayonu ərazisində “Mercedes" markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri qəzada yaralanmış “Mercedes" markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
***
Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.
Hadisə nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləridir.
Hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər alıb.
Geri dön