Ana Sayfa > Karusel / İdman > Ən çox maaş verən klublar hansılardı?

Ən çox maaş verən klublar hansılardı?


16-11-2017, 11:53. Yazar: Xeberaz

Dünyanın ən çox maaş verən klublarının siyahısı açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ bu baxımdan da hamını qabaqlayır.
 
Son illər transferlərə astronomik məbləğdə pullar xərcləyən Paris təmsilçisi bir mövsümdə futbolçularına ümumilikdə 311,3 milyon avro ödəyir. Fransızları 294,5 milyon avro ilə “Barselona” izləyir.
 
Bu siyahıda ilk “3-lüy”ü isə “Mançester Yunayted” (294,3 milyon) qapayır.
 
Futbolçularına ən çox ödəniş edən 10 klubdan 5-i İngiltərə, 2-si İspaniya, 1-i Fransa, 1-i Almaniya, 1-i isə İtaliya təmsilçisidi.
 
Ən çox maaş verən klublar:
1. PSJ - 311,3 milyon avro
2. “Barselona” - 294,5
3. “Mançester Yunayted” - 294,3
4. “Çelsi” - 279,1
5. “Mançester Siti” - 272,3
6. “Real” - 267,8
7. “Bavariya” - 262,2
8. “Arsenal” - 234,3
8. “Liverpul” - 234,3
10. “Yuventus” - 167,4


Geri dön