Ana Sayfa > Karusel / Hadisə > Zorla ərə verilən qız özünü binadan atdı - Bakıda intihar

Zorla ərə verilən qız özünü binadan atdı - Bakıda intihar


12-11-2017, 20:14. Yazar: Xeberaz
Zorla ərə verilən qız özünü binadan atdı
Paytaxtın Nizami rayonunda intihar hadisəsi baş verib.
Məlumata görə, gənc qız Qara Qarayev prospekti məhəllə 2517/2518 ünvanında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.
Təxminən 22 yaşlarında olan qız hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, gənc qız qeyd edilən binada yaşamır. Onun Şamaxı rayon sakini olduğu bildirilir.
Məlumata görə, qız zorla ərə verildiyi üçün evdən qaçıb və həmin binaya gələrək özünü balkondan aşağı atıb.
Hazırda hadisə yerinə Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.(qafqazinfo)
Geri dön