Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Əsgər görüşünə gedən ailə Beyləqanda qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB

Əsgər görüşünə gedən ailə Beyləqanda qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB


12-11-2017, 15:05. Yazar: Xeberaz

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var.
 
Xəbəraz.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Binnətli kəndində baş verib.
 
Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib.
 
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962 ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və  sərnişinlər - Ağstafa rayon sakinləri 1958 təvəllüd Hacıyeva Südabə Kakoy qızı, və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.
 
***
14:00
 
Bu gün Beyləqan rayonu ərazisində "QAZ" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib.
 
Məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
 
Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 
Geri dön