Ana Sayfa > Karusel / Şou-Biznes > "Azərbaycan gözəli"nin qatıldığı evlilik verilişi bağlandı

"Azərbaycan gözəli"nin qatıldığı evlilik verilişi bağlandı


11-11-2017, 14:13. Yazar: Xeberaz
"Azərbaycan gözəli"nin qatıldığı evlilik verilişi bağlandı
"Hande Ataizi ile" adlı evlilik verilişinin yayımı dayandırılıb. 

Proqram Türkiyə Televiziya Şurası tərəfindən cəzalandırılıb. Elə buna görə də kanal verilişin efirə getməsinə ara verib. 

Buna səbəb izdivaç verilişinə qatılan bəy və gəlin namizədlərin bir-birinə yaxınlaşmasına icazə verilməsi, studiyada dava edib, bir-birini yalançılıqla günahlandırmaları və bütün bunların efirdə yayımlanması göstərilib. 

"Sony Channel"da yayımlanan "Hande Ataizi ile" yeni formatda ekrana gələcək. Bu dəfə Ataizi yarışma xarakterli verilişlə efirə çıxacaq. 

Qeyd edək ki, "Azərbaycan gözəli" Günel Ağayeva da verilişdən gedib. O, namizıd olduğu bəy Məhəmmədlə münasibətlərinin alınmadığını söyləyib.  
Geri dön