Ana Sayfa > Karusel / Şou-Biznes > "Suyun içində onu qucağıma alıb yanağından öpdüm" - İlqar Xəyal

"Suyun içində onu qucağıma alıb yanağından öpdüm" - İlqar Xəyal


11-11-2017, 14:10. Yazar: Xeberaz


Müğənni İlqar Xəyal şou-biznesdə ilk dəfə açıq-saçıq səhnələrin yer aldığı klipi özünün çəkdirdiyini iddia edib. 

Səntçi "Klip+" verilişində xalq artisti Faiq Ağayevin "Azrbaycanda ilk dəfə intim görüntülər mənim klipimdə olub" sözlərinə cavab verib:

"Azərbaycanda 1980-ci illərdə heç bir rejissor açıq-saçıq klip çəkmirdi. Bircə Sevinc Kərimova elə klip çəkmişdi. Kim nə iddia edirsə etsin. İlk dəfə "Sarı güllər" klipində belə cəsarətli addım atıldı. Modelyer Leyla xanıma təklif edildi, o da razılaşdı. Suyun içində mən onu qucağıma aldım, yanağından öpdüm. Romantik alındı. Çox cəsarətli addım idi. Həmin vaxt üçüncü kursda oxuyurdum. Universitetə daxil olanda dəhlizdə bir sükut çökdü, hamı mənə baxdı. Bütün hamı mənə əl çalmağa başladı. Bizim klip 1989-da çəkildi. faiq Ağayevin klipi bilmirəm nə vaxt lentə alınıb".
Geri dön