Ana Sayfa > Karusel / Gündəm > Polis əməkdaşlarının öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Polis əməkdaşlarının öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA


11-11-2017, 12:27. Yazar: Xeberaz

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti  orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.




Geri dön