Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Neslihan Bakıdakı makiyajını bəyənməyib AĞLADI - İDDİA - FOTO

Neslihan Bakıdakı makiyajını bəyənməyib AĞLADI - İDDİA - FOTO


10-11-2017, 11:13. Yazar: Xeberaz


"Hər şey daxil" verilişinin bugünkü qonaqlarından biri stilist-vizajist Anar Atakişiyev olub.
Verilişin aparıcısı məşhur stilistə "Deyilənə görə, Neslihan sənin vizajını bəyənməyib" sözləri ilə müraciət edib. Anar Atakişiyev söz-söhbətə bu cavabı ilə son qoyub:
"Qoymurlar dinc oturum da. Bu, paxıllıq hissindən irəli gəlir. Çünki paytaxtımıza təşrif buyuran xarici qonaqlar ancaq məni seçirlər. Bu sahə də çox aktual olduğu üçün indi heç kim mühəndislik falan oxumur. Elə əlinə kista alıb vizajist olur. Belə şayiə yaymışdılar ki, Neslihan xanım guya bəyənməyib vizajımı. Kim bu şayiəni yaymışdı onu da bildim. Guya Neslihan ağlamışdı, silmişdi. Əgər makiyajı silmişdisə, səhər 9-dan axşam 9-a kimi niyə onun yanında idim? Məgər deyə bilməzdi "Anar getsin, filankəs gəlsin, təzədən düzəltsin?"  
Xatırladaq ki, "Kara sevda" serialı ilə adından söz etdirən türkiyəli aktrisa Neslihan Atagül günlər öncə Bakıda "Altın kelebek mükafatları" çərçivəsində keçirilən "Möcüzə gecəsi"nə qatılmışdı.




Geri dön