Ana Sayfa > Karusel / Gündəm > “Uşaqlar və vətənpərvərlik” haqqında

“Uşaqlar və vətənpərvərlik” haqqında


8-11-2017, 11:27. Yazar: Xeberaz
Uşaqlar hələ ana bətnində olarkən onlarda gendən irəli gələrək vətənpərvərlik hissi yaranır. Vətənpərvərlik – bu vətənə olan məhəbbətdir, şəxsi hisslərdir. Şəxsi təəssüratlardır. Vətən – yalnız mövcud olmaq deyil, eyni zamanda dövlətdir, hakimiyyətdir. Vətən yer üzünün o guşəsidir ki, insan yaranarkən, həyata göz açarkən artıq öz aralarında doğmalaşma gedir və mənən bir-birlərinə yaxın olurlar. Biz – Azərbaycan xalqı olaraq həmişə öz dövlətimizi, öz vətənimizi sevmişik və milliyyətindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq hər bir bəşər övladına sevgi ilə, məhəbbət ilə yanaşmışıq. Heç bir vaxt müharibə və silahlı münaqişələr zəminində qan tökülməsinin, anaların gözü yaşlı qalmasının, uşaqların əsarət altında olmasının, valideynsiz qalmasının, kimsəsiz olmasının, övlad itkisinin tərəfdarı olmamışıq. Biz həmişə öz vətənimizi sevərək, sülhün bərqərar olmasını istəmişik. Tarixən həmişə işğalçı Ermənistan ordusu bizim ölkəyə qarşı təcavüz etmiş, torpaqlarımıza yiyə durmaq istəmiş və çoxlu qanlar tökülmüşdür. Azərbaycan xalqı öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmışdır – “Vətəndən pay olmaz”. Bu mübarizədə də həmişə sülhün tərəfdarı olmuşdur. Lakin, lazım gəldikdə Ali Baş Komandanımızın rəhbərliyi altında zabit və əsgərlərimizin əzmkarlığı nəticəsində düşmənə sinə gərmişlər. Vətən uğrunda, torpaqlarımız uğrunda şəhid olan insanlarımız, oğullarımız rəşadət göstərərək vətənpərvərliyin ən yüksək zirvəsinə qalxmışlar. Azərbaycan xalqı haqqında deyilən bir kəlam var: “Azərbaycan xalqı yatmış bir şirdir”. Bəli, bu düzgün bir Aforizmdir. Və o, vətənə olan təcavüz əsnasında öz torpaqlarını düşməndən azad edirsə, bu müharibə iştirakçıları və veteranları haqqında, onların vətənə olan məhəbbəti haqqında orta və peşə məktəblərində, elmi kollektivlərdə vətənpərvərlik mövzusunda tədbirlər keçirilməlidir. Biz – Azərbaycan xalqı olaraq istəyirik ki həmişə sülh olsun. Uşaqlar təhsillə məşğul olsun, müxtəlif yaradıcılıq növləri ilə, incəsənətlə, idmanla məşğul olsunlar. Azərbaycan bayrağını istər ölkə daxilində, istərsə də xaricdə qaldırsınlar. Uşaqlar uşaqlıq dövrünü sabitlik və inkişaf  şəraitində vətənini sevərək keçirsinlər. Bax – vətənpərvərlik budur.
İctimai Nəzarət Koalisiyası İH-nin sədri, “Sabitlik və İnkişaf” Mərkəzi İB-nin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti-Rasim Məmmədov  
Geri dön