Ana Sayfa > Karusel / M2 / İbadət > Pisliyə yaxşılıqla cavab vermək

Pisliyə yaxşılıqla cavab vermək


7-11-2017, 13:57. Yazar: Xeberaz

Nəql edilir ki, İmam Hüseyn (ə) bir məclisdə əyləşmişdi və Əsam ibni Müstələq adlı bir nəfər oraya gəlir. Bunun qəlbində əziz İmama (ə) qarşı xüsusi kini var idi. Həzrətə (ə) işarə edərək deyir: “Sən Əlinin (ə) oğlusan?”.
Sonra İmamı (ə) təhqir etməyə başlayır. İmam buyurur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər(cihad hökmü gəlməyincə döyüşə başlama). (“Əraf” 199).
 
Bu ayədən sonra buyurur: “Əgər yardım istəyirsənsə, sənə yardım edim. Əgər mehribanlıq istəyirsənsə, mehribanlıq edək. Əgər hidayətistəyirsənsə, hidayət edək”. (Həvzəh)
Əsam deyir: “Mən bu sözlərdən sonra çox peşman oldum və başımı aşağı saldım.
 
İmam Hüseyn (ə) bu ayəni oxudu: “Dedi: «Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır»”. (“Yusif” 92).
Sonra məndən soruşdu: “Şam əhlindənsən?””.
Geri dön