Ana Sayfa > Karusel / Hadisə > Bakıda dəhşətli yol qəzası- Ata və oğlu öldü,daha beş nəfər..

Bakıda dəhşətli yol qəzası- Ata və oğlu öldü,daha beş nəfər..


7-11-2017, 09:54. Yazar: Xeberaz

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.
 
Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(apa)



Geri dön