Ana Sayfa > Karusel / İdman > Şahmatçılarımız Avropa çempionu oldu

Şahmatçılarımız Avropa çempionu oldu


7-11-2017, 09:47. Yazar: Xeberaz
Şahmatçılarımız Avropa çempionu oldu
Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.
Son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 15 xalla yekunlaşdırıb.
Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 15 xalla bitirib.
Lakin əlavə əmsalların cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.
Geri dön