Ana Sayfa > Karusel / Hadisə > İş adamını öldürənlərin məhkəməsindən - “Niva”, “BMW X6”, “iPhone” aldıq

İş adamını öldürənlərin məhkəməsindən - “Niva”, “BMW X6”, “iPhone” aldıq


6-11-2017, 14:18. Yazar: Xeberaz
İş adamını öldürənlərin məhkəməsindən
Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Azər Paşayevin icraatında olan prosesdə Qalib Kərimov deyib ki, Nəzakət Hacıyevanın epizodu üzrə hadisədə iştirak etməyib:
"Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub. Guya mən Nəzakəti kolbasa çörəyinə zəhər qataraq öldürüb evindən oğurluq etmişəm. Bunu elə Firudin deyib. Ona görə də mən İlqarın epizodunda onun olduğunu demişəm. Halbuki İlqar Məmmədovun epizodunda mənlə Vüsal olub.
2012-ci ildə İlqarın evindən oğurluq edib tutulmuşdum. Hadisə günü də İlqarla yenə ora getdik. Məqsədim o idi ki, əvvəlcədən əraziyə baxım, kameraların harda olduğunu bilim. Onun evinə bitişik mağazasına müştəri kimi girdim. İlqar məni tanıyıb söydü. Mən də soyuducunun yanındakı bıçağı götürüb onu vurdum. İlqarı öldürəndən sonra bıçağı yudum, qapıları bağladım. Kameraların "şunur"larını kəsib yaddaş aparatını özümlə götürdüm. Sonra da İlqarın evinə girib televizorun altındakı qutudan 80 min dolları götürdüm. Amma istintaq 180 min dollar hesablayıb. İkinci mərtəbədən də qızılları götürüb çıxdım.
Vüsal maşında məni gözləyirdi, pulu yarı böldük, Bakıya gəldik. Mən özümə “Niva”, Vüsal da “BMw X6” aldı, hərəmizə də bir “iPhone”. Kirayə ev tutdum, Vüsal pulu götürüb birgə yaşadığı qadının yanına getdi. Sonra da Qazaxıstana getmişdi”.
İttihama görə, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girən şəxslər onu öldürüblər. Bunda başqa. rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti yanıb. V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib.
Geri dön