Ana Sayfa > Karusel / Maraqlı / M2 / Foto-fakt > Bakıda olan ərəb şahzadəsi pul paylayacaq (FOTO)

Bakıda olan ərəb şahzadəsi pul paylayacaq (FOTO)


1-07-2015, 21:24. Yazar: Xeberaz
Bakıda olan ərəb şahzadəsi pul paylayacaq (FOTO)


Səudiyyə şahzadəsi Valid bin Talalın varidatı 32 milyard dollar həcmində qiymətləndirilir.
Səudiyyə şahzadəsi Valid bin Talal yaxın illər ərzində öz varidatını xeyriyyəçiliyə xərcləyəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, Səudiyyə şahzadəsi Valid bin Talalın varidatı 32 milyard dollar həcmində qiymətləndirilir. Agentlik qeyd edir ki, şahzadə puldan nə vaxt ayrılmaq niyyətində olduğunu dəqiqləşdirməyib.

Səudiyyə Ərəbistanı şahzadəsi Valid bin Talal keçən il Bakıda olub. Səudiyyə Ərəbistanı şahzadəsi İçərişəhərə baş çəkib. Valid bin Talal İçərişəhər gəzintisi zamanı ilk olaraq Qız qalası abidəsi ilə tanış olub.
2010-cu ildə milyarderlər Bill Qeyts və Uorren Baffetdə həmçinin öz varidatlarının yarıdan çoxunu xeyriyyəçiliyə verməyə söz veriblər. Onların varidatı 151 milyard dollar təşkil edir.









Geri dön