Ana Sayfa > Karusel / Hadisə / M2 > Reketlikdə təqsirləndirilən dünya çempionunun işi yenidən məhkəmədə

Reketlikdə təqsirləndirilən dünya çempionunun işi yenidən məhkəmədə


20-03-2015, 16:48. Yazar: Xeberaz
Reketlikdə təqsirləndirilən dünya çempionunun işi yenidən məhkəmədə

Xeberaz.az Istinadən Oxu.az -a xəbər verir ki, İbadov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Şəmkir rayon sakini Saday İsmayılov (1979-cu il təv.) və Cəlilabad rayon sakini Vaqif İbadovun (1981-ci il təv.) CM-nin 145.2.4 (bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 145.2.6 (qanunsuz azadlıqdan məhrum etmə silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 181.3.2 (quldurluq külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.3.3 (quldurluq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikə) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Aparılmış istintaqla müəyyən edilib ki, 2013-cü il avqustun 9-u gecə saat 02 radələrində Saday İsmayılov və Vaqif İbadov Sabunçu rayon ərazisində yerləşən “Amburan” çimərliyinin yaxınlığında tanışı, “Mobil Texnologiyalar” MMC-nin baş meneceri vəzifəsində işləyən Əli Məmmədovla görüşüblər. Onun idarə etdiyi “Mercedes Benz-CL 550 AMG” avtomobilinə əyləşərək, sonuncudan 500.000 manat tələb ediblər. Əli Məmmədov pul verməkdən imtina etdikdə, Sadayla Vaqif onu avtomobilin arxa oturacağına məcburi oturdub, üzərlərindəki odlu silah olan tapança və bıçaqla hədələyərək, əllərini yapışqanlı lentlə bağlayıb, yenə pul verməsini tələb ediblər.

Bundan sonra Əli Məmmədov tanışı İmran Baxşıyevə zəng edərək Xətai rayonu, Zığ qəsəbəsindən keçən avtomobil yoluna pul gətirməyi xahiş edib. Gecə saat 3 radələrində göstərilən ünvanda Baxşıyev gətirdiyi 120.000 manat məbləğində pulu Saday İsmayılova verib. Daha sonra Saday Əli Məmmədovu yaşadığı Buzovna qəsəbəsinə gətirib və avtomobildə söhbət əsnasında ondan daha 150.000 manat tələb edib, zərərçəkən günorta pulu verəcəyini vəd etdikdən sonra onu azad edib.

Həmin gün Əli Məmmədov və dostu Nazim Fərzəliyev təqsirləndirilən şəxslərin qanunsuz hərəkətləri barədə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər. Günorta saat 15 radələrində İmran Baxşıyev deyilən məbləği Yasamal rayonu, Badamdar qəsəbəsində olan “Kempinski Hotel” otelinin yaxınlığında, Saday İsmayılovun tapşırığına əsasən evində fəhlə işləyən Təbriz Əsgərov və Elmir Əmrahova verərkən, sonuncular saxlanılıblar.

Bundan sonra, verilmiş əməliyyat tapşırığına əsasən avqustun 11-i, gecə saat 01.30-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Saday İsmayılov və Vaqif İbadov Bakı ş. sakinləri Anar Məmmədov və Atəş Osmanov, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı avtomobildə Cəlilabad şəhərinin ərazisində saxlanılıblar. Baxış zamanı Əli Məmmədovdan əldə edilmiş puldan 4200 manatı Saday İsmayılovun və 378 manatı Vaqif İbadovun üstündən və 10.000 manatı avtomaşının yük hissəsindən aşkar edilib. Həmçinin İbadovun üzərindən 53.625 qram küstar üsulla hazırlanmış tiryək tapılıb.

İstintaqın gedişatında məlum olub ki, peşəkar idmançı olan Saday İsmayılov güləş üzrə üçqat dünya çempionu adına layiq görülüb. Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib. Vaqif İbadov isə əvvəllər ağır cinayət törətdiyi üçün 10 il müddətinə cəzalandırılıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif İbadov 13 il 6 ay və Saday İsmayılov 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayətləri veriblər.

Məhkəmənin ilk iclasında İsmayılov və İbadovun vəkilləri İlkin qərardan kassasiya şikayəti verdikləri üçün məhkəmənin növbəti iclası qeyri-müəyyən vaxta təxirə salınıb.









Geri dön