Ana Sayfa > Karusel / Hadisə > Şəkidə 43 yaşlı kişinin meyiti dostunun evində tapıldı

Şəkidə 43 yaşlı kişinin meyiti dostunun evində tapıldı


5-11-2017, 12:24. Yazar: Xeberaz


Bu gün saat 00.40 radələrində Şəki şəhəri, M.S. Əfəndiyev küçəsi dalan 1, ev 1 ünvanında kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Ruslan İsmayıl oğlu İsmayılov olması müəyyən edilib.
R. İsmayılovun meyitinin tapıldığı ev isə onun dostunun mənzili olub. Ölümün səbəblərini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertizalar təyin edilib.
Şəki Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.
Geri dön